...

Ankara merindən ŞOK iddia: Çanaqqalada zəlzələ süni yolla törədilə bilər

Dünya xəbərləri Materials 7 Fevral 2017 14:43 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin şimal-qərbindəki Çanaqqala vilayətində qeydə alınmış yeraltı təkanlar süni yolla törədilə bilər.

Trend-in məlumatına görə, bunu Ankaranın meri Melih Gökçek öz Twitter səhifəsində yazıb.

O iddia edib ki, bu zəlzələni dövlət çevrilişinə cəhdi həyata keçirən qüvvələr meydana gətirmiş ola bilər.

M.Gökçek yazıb: “Çanaqqalada güclü zəlzələ baş verib. Mən aydınlaşdırdım ki, bölgədə seysmik araşdırmalar aparan gəmi mövcuddur. O gəminin hansı ölkəyə məxsus olduğu və nə işlər gördüyü təcili surətdə müəyyənləşdirilməlidir. Narahatam ki, yeraltı təkanlar süni yolla törədilə bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti