Bakı. Trend:
Bu gün Astanada Suriya üzrə danışıqların iştirakçıları arasında görüş başlayır.
Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov bildirib.
O qeyd edib ki, ikitərəfli işgüzar görüşlər bu günə planlaşdırılıb.
Lakin XİN rəsmisi məhz hansı görüşlərin nəzərdə tutulduğunu bildirməyib.