...

Satışda Çin istehsalı olan "İvanka" ola bilər

Dünya xəbərləri Materials 21 Fevral 2017 08:55 (UTC +04:00)
Çində çoxlu sayda şirkət “İvanka” ticarət markasını qeydiyyata almağa çalışır.
Satışda Çin istehsalı olan "İvanka" ola bilər

Bakı. Trend:

Çində çoxlu sayda şirkət “İvanka” ticarət markasını qeydiyyata almağa çalışır.

Trend-in məlumatına görə, bu, ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampın Çində böyük populyarlığı ilə əlaqədardır.

Artıq 65 şirkətin Çinin müvafiq dövlət qurumuna müraciət etməsi barədə məlumat da var.

Şirkətlərdən bəziləri İvanka adı üçün Çin heroqliflərindən də istifadə edib. Bu şirkətlərin əsasən, kosmetika, geyim və digər məhsulların istehsalı ilə məşğul olduğu barədə məlumat verilib.

Qeyd edək ki, İvanka Tramp Çinin yeni ili bayramında Vaşinqtondakı Çin səfirliyinə səfər etdikdən sonra bu ölkədə böyük populyarlıq qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti