Bakı. Trend:
İranın Səbzəvar şəhərində içində 30 sərnişin olan avtobus aşıb.
Trend-in məlumatına görə, yol qəzası nəticəsində 11 nəfər ölüb.
Avtobus Məşhəddən İsfahan şəhərinə gedirmiş.
Qəzanın dəqiq səbəbləri araşdırılır. Lakin ilkin ehtimala əsasən qarşıda olan yük maşını qəfil manevr nəticəsində avtobusla toqquşub.