...

İran 20 belə təyyarə alır

Dünya xəbərləri Materials 8 May 2017 18:57 (UTC +04:00)

Bakı. Elmira Tariverdiyeva - Trend

İranın aviadaşıyıcısı “Homa” gələn həftə ilk ATR sərnişin təyyarəsini əldə edəcək.

Trend-in məlumatına görə, bunu şirkətin baş direktoru Fərhad Pərvareş deyib.

Bu, İranın 2017-ci ildə əldə edəcəyi 4 ATR təyyarəsindən birincisi olacaq. Şirkət rəsmisi bildirib ki, bu təyyarələr daxili reyslər üçün istifadə olunacaq.

Ümumilikdə İran Fransa-İtaliya istehsalı olan 20 ATR təyyarəsinin satın alınması ilə bağlı müqavilə imzalayıb.

Xəbər lenti

Xəbər lenti