Bakı. Trend:
Estafeti yeni seçilmiş Prezident Emmanuel Makrona verəcək Fransanın dövlət başçısı Fransua Ollandın alacağı əmək pensiyasının həcmi məlum olub.
Trend-in məlumatına görə, F.Olland aylıq 15 144 avro pensiya alacaq. O, vəzifədə olarkən 14 910 avro maaş alırdı. Xatırladaq ki, ondan əvvəlki dövlət başçısı Nikola Sarkozinin əməkhaqqı 21 300 avro idi.
F.Ollandın səyahət və digər xərcləri də dövlət büdcəsindən qarşılanacaq.