...

Pakistan da Qətərə ordu göndərəcək

Dünya xəbərləri Materials 9 İyun 2017 09:49
Türkiyənin Qətərə hərbi kontingent göndərmək barədə qərarından sonra Pakistan da analoji qərar qəbul edib.
Pakistan da Qətərə ordu göndərəcək

Trend-i buradan izləyin

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Qətərə hərbi kontingent göndərmək barədə qərarından sonra Pakistan da analoji qərar qəbul edib.

Trend-in məlumatına görə, Pakistanın Qətərə 20 mindən çox hərbi qulluqçu göndərəcəyi gözlənilir.

Bu qərar Pakistan və Türkiyə arasında hərbi sahədə mövcud saziş çərçivəsində qəbul edilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Qəmər adaları, Mavrikiy və Seneqal da qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti