Bakı. Trend:
ABŞ-ın Sent-Pol şəhərində (Minnesota ştatı) etiraz aksiyası zamanı 18 nümayişçi saxlanılıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, nümayişçilər etiraz aksiyasını hərəkətin sıx olduğu böyük şosedə keçiriblər.
Aksiya iştirakçıları məhkəmənin polis Ceronimo Yanesə bəraət verməsinə etiraz ediblər.
Qeyd edək ki, Ceronimo Yanes qaradərili Filando Kastilenin qətlində ittiham olunurdu.