...

Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus qəzaya uğrayıb: 2 ölü, 36 yaralı

Dünya xəbərləri Materials 18 İyun 2017 08:15 (UTC +04:00)
Səudiyyə Ərəbistanında Mədinə şəhərinin yaxınlığında zəvvarları daşıyan avtobus qəzaya uğrayıb
Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus qəzaya uğrayıb: 2 ölü, 36 yaralı

Bakı. Trend:

Səudiyyə Ərəbistanında Mədinə şəhərinin yaxınlığında zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 2 zəvvar həlak olub, 36 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, avtobusda 40-dan artıq zəvvar olub və onların hamısı Asiya ölkələrindəndir. Bütün xəsarət alanlar yerli xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti