...

Səudiyyə Ərəbistanının XİN rəhbəri: Səudiyyə Ərəbistanı və bir sıra ərəb ölkələrinin Qətərə qarşı irəli sürdüyü şərtlər üzrə danışıqlar olmayacaq

Dünya xəbərləri Materials 28 İyun 2017 02:34
Səudiyyə Ərəbistanı və bir sıra ərəb ölkələrinin Qətərə qarşı irəli sürdüyü şərtlər üzrə danışıqlar olmayacaq
Səudiyyə Ərəbistanının XİN rəhbəri: Səudiyyə Ərəbistanı və bir sıra ərəb ölkələrinin Qətərə qarşı irəli sürdüyü şərtlər üzrə danışıqlar olmayacaq

Trend-i buradan izləyin

Bakı. Trend:

Səudiyyə Ərəbistanı və bir sıra ərəb ölkələrinin Qətərə qarşı irəli sürdüyü şərtlər üzrə danışıqlar olmayacaq.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanın XİN rəhbəri Adel əl-Cubeyr deyib.

XİN rəhbəri deyib ki: "Biz öz mövqeyimizi açıqladıq, öz tərəfimizdən addımlar atdıq və indi Qətərin sırasıdır. Onlar başlayan kimi hər şey düzələcək, lakin onlar başlamasa təcrid olunmuş qalacaqlar".

O, qeyd edib ki, irəli sürülən şərtlər müzakirə olunmayacaq.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına dəstək verməsində və onların Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti