Bakı. Trend:
İndoneziya ilə qalmaqalın fonunda hakerlər 33 Malayziya saytına hücum ediblər.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda New Straits Times nəşri xəbər verir.
Qeyd edək ki, qalmaqala səbəb Cənub-Şərqi Asiya Oyunlarının suvenir kitabçasında çağ edilən səhv İndoneziya bayrağı olub.
Bildirilir ki, hücumun indoneziyalı hakerlər tərəfindən edildiyi ehtimal olunur. Hücum edilən saytlarda "Mənim milli bayrağım oyuncaq deyil" sözləri yerləşdirilib.