...

İtaliyanın iki vilayətində muxtariyyət referendumu

Dünya xəbərləri Materials 23 Oktyabr 2017 11:31 (UTC +04:00)
İtaliyanın şimalında yerləşən Lombardiya və Veneto vilayətlərində geniş muxtariyyət verilməsi ilə bağlı referendum keçirilib.
İtaliyanın iki vilayətində muxtariyyət referendumu

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın şimalında yerləşən Lombardiya və Veneto vilayətlərində geniş muxtariyyət verilməsi ilə bağlı referendum keçirilib.

Trend-in məlumatına görə, seçicilərin böyük əksəriyyəti muxtariyyəti dəstəkləyib.

Venetoda seçicilərin 98 faizi vilayətə daha geniş muxtariyyət verilməsinə səs verib. Bu vilayətdə seçici fəallığı 60 faizə yaxın olub.

Lombardiyada isə muxtariyyətin lehinə 95 faiz seçici səs verib. Burada seçicilərin fəallığı 40 faizə yaxın olub.

Bu referendumlar rəy öyrənmək xarakteri daşısa da, hər iki vilayətin rəhbərliyi paytaxt Roma ilə danışıqlara başlamağa hazır olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti