Bakı. Trend:
Əfqanıstanda “Taliban” terror təşkilatının silahlıları nəzarət-keçid məntəqəsinə hücum edib.
Trend-in məlumatına görə, hücum nəticəsində silahlılarla polis qüvvələri arasında atışma başlayıb.
Son məlumata gröə, 7 saatdan çox davam edən atışma nəticəsində 6 polis əməkdaşı həlak olub, daha 8 nəfər yaralanıb.
Eyni zamanda 8 “Taliban” silahlısının zərərsizləşdirildiyi, 12 nəfərin isə yaralandığı bildirilib.