...

Alibaba Subaylar Günündə 25 milyard dollardan çox satış edib

Dünya xəbərləri Materials 12 Noyabr 2017 13:03 (UTC +04:00)
Çinin ən böyük elektron ticarət platforması hesab olunan Alibabanın satış həcmi ölkə üzrə geniş miqyaslı satışların təşkil olunduğu 11 noyabr Subaylar Günündə 168,3 mlrd. yuan ($ 25,4 milyard) təşkil edib
Alibaba Subaylar Günündə 25 milyard dollardan çox satış edib

Bakı. Trend:

Çinin ən böyük elektron ticarət platforması hesab olunan Alibabanın satış həcmi ölkə üzrə geniş miqyaslı satışların təşkil olunduğu 11 noyabr Subaylar Günündə 168,3 mlrd. yuan ($ 25,4 milyard) təşkil edib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu haqda Sinxua agentliyi xəbər verib.

24 saat ərzində təxminən 812 mln. sifariş yerinə yetirilib ki, bu da ötən ilki göstəricidən 23% çoxdur. Təkcə ilk 4 saat ərzində təxminən 10 mln. sifarişi qəbul olunub.

Qeyd edək ki, Alibaba vasitəsilə edilən kütləvi satışlarda dünyanın 206 ölkəsindən 140 minə yaxın xarici brend iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti