...

Ağ Ev milli təhlükəsizlik üzrə yeni strategiya hazırlayır - Koreya, Rusiya, İran təhlükəsi...

Dünya xəbərləri Materials 4 Dekabr 2017 10:38 (UTC +04:00)
ABŞ Prezidenti Administrasiyası yaxın həftələrdə milli təhlükəsizlik üzrə yeni strategiya təqdim edəcək.
Ağ Ev milli təhlükəsizlik üzrə yeni strategiya hazırlayır - Koreya, Rusiya, İran təhlükəsi...

Bakı. Trend:

ABŞ Prezidenti Administrasiyası yaxın həftələrdə milli təhlükəsizlik üzrə yeni strategiya təqdim edəcək.

Trend-in məlumatına görə, strategiyada Rusiya, Çin, İran və Şimali Koreyaya qarşı müqavimətin zəruriliyi öz əksini tapacaq.

"Wall Street Journal" qəzeti yazır ki, yeni strategiyada Koreya Xalq Demokratik Respublikasının nüvə silahı, beynəlxalq terrorizm, İranın siyasəti, Çinin artan təsiri, "Rusiyanın Qərbə təcavüzü və təbliğat cəhdləri" ilə bağlı təhdidlər də nəzərə alınacaq.

Yeni strategiya ilə bağlı işlərin Herbert Makmasterin ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri təyin olunmasından sonra, mart ayından başlandığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti