...

ABŞ-da İslam mərkəzində atəş açmaq istəyən şəxs saxlanılıb

Dünya xəbərləri Materials 5 Dekabr 2017 02:53 (UTC +04:00)

Bakı. Trend:

ABŞ polisi Florida ştatının Ceksonvil şəhərindəki İslam mərkəzində atəş açmaq istəyən şəxsi zərərsizləşdirib. Trend xəbər verir ki, bu barədə Ceksonvil şerifinin ofisi məlumat verib.

"İslam mərkəzində insalara odlu silahdan atəş açmağı planlaşdıran 69 yaşlı Bernardino Bolatete saxlanılıb ", - ofisin "Facebook" səhifəsində dərc edilmiş yazıda bildirilir.

Hüquq-mühafizə orqanlarında qeyd ediblər ki, Bolatete adı açıqlanmayan ABŞ vətandaşının verdiyi məlumat əsasında həbs edilib. "Həbs edilən şəxs Federal Təhqiqatlar Bürosuna təhvil verilib",-deyə ofisdə əlavə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti