...

Ermənistan bazarları dəfn bürosunu xatırladır

Dünya xəbərləri Materials 26 Dekabr 2017 17:47 (UTC +04:00)
Ermənistanda bazarlar dəfn bürosunu xatırladır, buraya heç kim gəlmir, heç kim alış-veriş etmir
Ermənistan bazarları dəfn bürosunu xatırladır

Bakı. Trend:

Ermənistanda bazarlar dəfn bürosunu xatırladır, buraya heç kim gəlmir, heç kim alış-veriş etmir.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu bazarlardakı satıcılar deyir.

Qeyd olunur ki, qiymətlərin baha olması ilə əlaqədar Yeni il bayramı qabağı alış-veriş kəskin azalıb.

Satıcılardan biri deyib: “Bizdə almaların kiloqramı 3 dollara, armud 4 dollara yaxındır. Ona görə də insanlar bazara gəlmir. Onların pulu yoxdur, necə alış-veriş etsinlər?”

Bazarlardakı qiymətlərdən daha çox pensiyaçılar şikayət edir. Onlar 60 dollar həcmində pensiya aldıqlarını, bununla bayram alış-verişinin mümkün olmadığını vurğulayır.

Qeyd edək ki, Ermənistan işsizlik səviyyəsinə görə MDB-də birinci yerdə qərarlaşıb. Bu ilin birinci rübündə işsizlik səviyyəsi 19 faizə bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti