...

Rusiyada nazirlərin əməkhaqları açıqlanıb - Maliyyə naziri I yerdə

Dünya xəbərləri Materials 27 Dekabr 2017 17:34 (UTC +04:00)
Rusiyanın Maliyyə Nazirliyi federal dövlət orqanlarında işləyən rəsmilərin orta aylıq əmək haqlarının məbləğini açıqlayıb
Rusiyada nazirlərin əməkhaqları açıqlanıb - Maliyyə naziri I yerdə

Bakı. Trend:

Rusiyanın Maliyyə Nazirliyi federal dövlət orqanlarında işləyən rəsmilərin orta aylıq əməkhaqqının məbləğini açıqlayıb.

Trend-in məlumatına görə, dövlət qurumları arasında ən çox əməkhaqqını maliyyə-iqtisadi nazirliklərin rəhbərləri alır.

Əməkhaqqının həcminə görə birinci yerdə Rusiyanın maliyyə naziri Anton Siluanov qərarlaşıb. Onun aylıq əməkhaqqı 1,7 milyon rubl və ya 30 min dollara yaxındır.

İlk üçlükdə həmçinin iqtisadi inkişaf və enerji nazirləri yer alıb. Onların əməkhaqqı müvafiq olaraq 1,27 milyon rubl (22 min dollar) və 1,16 milyon rubl (20 min dollar) təşkil edir.

Bundan əlavə ilk onluğa ədliyyə, idman, xarici işlər, səhiyyə və təhsil nazirləri daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti