Bakı. Trend:
Ermənistanın şimalındakı Lori vilayətində Mets Parni kənd inzibati binasında partlayış olub.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, partlayış nəticəsində binaya ciddi ziyan dəyib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib. Hazırda partlayışın səbəbləri araşdırılır.