...

Türkiyənin ardınca İran "silkələndi" - 3,8 bal

Dünya xəbərləri Materials 10 Yanvar 2018 16:41 (UTC +04:00)
Yerli vaxtla saat 15:18-də İranın cənub-qərbində zəlzələ baş verib.
Türkiyənin ardınca İran "silkələndi" - 3,8 bal

Bakı. Trend:

Yerli vaxtla saat 15:18-də İranın cənub-qərbində zəlzələ baş verib. Trend-in məlumatına görə, yeraltı təkanların 3,8 bal gücündə olduğu bildirilib.

Məlumata görə, zələlə Xuzistan vilayətində yerin 10 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələ nəticəsində hər hansı dağıntı və insan tələfatı barədə hələ məlumat verilməyib.

Qeyd edək ki, bundan bir neçə dəqiqə öncə Türkiyədə 3.2 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, yeraltı təkanlar İzmirdən 38 kilometr məsafədə yerli vaxtla 14:56-da qeydə alnıb. Zəlzələ yerin 5 kilometr dərinliyində olub.

Xəbər lenti

Xəbər lenti