...

Afrika ölkələri Trampın üzr istəməsini tələb edib

Dünya xəbərləri Materials 14 Yanvar 2018 10:41 (UTC +04:00)
Afrika ölkələrinin BMT-dəki səfirləri ABŞ prezidenti Donald Trampın son bəyanatlarını qınayaraq onun üzr istəməsini tələb edib
Afrika ölkələri Trampın üzr istəməsini tələb edib

Bakı. Trend:

Afrika ölkələrinin BMT-dəki səfirləri ABŞ prezidenti Donald Trampın son bəyanatlarını qınayaraq onun üzr istəməsini tələb edib.

Trend-in məlumatına görə, səfirlər ABŞ liderinin ölkələri haqqında sözlərini “yolverilməz” və “irqçi” adlandırıb.

Xatırladıraq ki, ABŞ mətbuatının yaydığı məlumata görə, Ağ Evdə keçirilən müşavirədə Donald Tramp üçüncü dünya ölkələrini “murdar” adlandırıb. Onun bu sözləri deyərkən Haiti, Salvador və bir sıra Afrika ölkələrini nəzərdə tutduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti