...

Peruda zəlzələ nəticəsində xəsarət alanların sayı 104-ə çatıb

Dünya xəbərləri Materials 16 Yanvar 2018 00:19 (UTC +04:00)

Bakı. Trend:

Peruda ötən gün baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 104-ə çatıb.

Trend-in məlumatına görə, bu barədə Perunun Fövqəladə Hallarda Milli Fəaliyyət Mərkəzinin yaydığı məlumatda bildirilir.

Məlumatda deyilir: "Xəsarət alanların sayı 104 nəfərə çatıb. 780 ailəyə və eyni sayda evlərə 6,8 bal gücündə olan zəlzələdən sonra zərər dəyib".

Bildirilir ki, 89 nəfər Arekipedə, 14 nəfər İkedə və 1 nəfər Ayakuçoda xəsarət alıb. Daha əvvəl 1 nəfərin öldüyü və 61 nəfərin xəsarət aldığı bildirilirdi.

Qeyd edək ki, ötən gün Peruda 6,8 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların episetnri Karavelli əyalətinin Arekipa regionunda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Xəbər lenti

Xəbər lenti