...

Qasırğa Avropanı "yasa batırıb" - 10 ölü

Dünya xəbərləri Materials 19 Yanvar 2018 11:58 (UTC +04:00)
Ötən gündən Avropada tüğyan edən qasırğa nəticəsində həyatını itirənlərin sayı artmaqdadır.
Qasırğa Avropanı "yasa batırıb" - 10 ölü

Bakı. Trend:

Ötən gündən Avropada tüğyan edən qasırğa nəticəsində həyatını itirənlərin sayı artmaqdadır. Trend-in məlumatına görə, ölənlərin sayı 10 nəfərə çatıb.

Məlumata görə, Niderlandda 3 adam qasırğanın qurbanı olub, daha bir nəfər isə xəsarət alıb.

Belçikada isə küləyin aşırdığı ağac avtomobilin üzərinə düşüb və maşındakı adam ölüb.

Almaniyada isə ölənlərin sayı 6 nəfər qeydə alınıb, onlardan ikisi qasırğa ilə əlaqədar xilasetmə işlərində iştirak edən yanğınsöndürən şəxs olub.

Qasırğa eləcə də, avtomagistral və dəmir yollarında hərəkəti məhdudlaşdırıb. Bəzi aeroportlarda aiareyslər təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti