Bakı. Trend:
Avstriyada 4 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Sankt-Anton kommunasında 20 kilometr qərbdə, ocağı isə bir kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.