...

Türkiyə SQ Afrində tankların zirehlənməsi üzrə yeni sistemdən istifadə edəcək

Dünya xəbərləri Materials 5 Mart 2018 19:56 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Afrin bölgəsində yeni PULAT - tankların zirehlənməsi sistemindən istifadə edəcək.
Türkiyə SQ Afrində tankların zirehlənməsi üzrə yeni sistemdən istifadə edəcək

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Afrin bölgəsində yeni PULAT - tankların zirehlənməsi sistemindən istifadə edəcək.

Trend-in məlumatına görə, bunu Türkiyə Müdafiə Sənayesi Katibliyinin baş direktoru İsmayıl Dəmir deyib.

Baş direktor bildirib ki, PULAT sistemi yoxlamalardan tamamilə keçib.

Qeyd edək ki, yeni zirehlənmə sistemi ASELSAN şirkəti tərəfindən hazırlanıb. Bu sistem "Leopard 2" və "M 60" tanklarına inteqrasiya oluna bulər.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti