...

Afrində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı 150-ni ötüb

Dünya xəbərləri Materials 8 Mart 2018 11:02 (UTC +04:00)
Afrində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı 150-ni ötüb.
Afrində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı 150-ni ötüb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Afrin bölgəsində "Azad Suriya Ordusu" ilə birgə apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində 156 yaşayış məntəqəsini terrorçulardan azad edib.

Trend-in məlumatına görə, hazırda PYD və YPG terrorçuları Afrindən bütün istiqamətlər üzrə sıxışdırılıb çıxarılır.

Əməliyyat çərçivəsində indiyədək 720 kv.km ərazinin terrorçulardan təmizləndiyi bildirilir.

Türkiyə SQ və "Azad Suriya Ordusu" artıq Afrinin mərkəzinin 8 kilometrliyindədir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti