...

ABŞ-ın şimal-şərqində 500 min ev işıqsız qalıb

Dünya xəbərləri Materials 10 Mart 2018 03:22 (UTC +04:00)
ABŞ-ın bir neçə şərq ştatlarında və Puerto-Riko adasında pis hava şəraiti üzündən işıqsız qalanların sayı sutka ərzində təxminən bir milyondan 500 minə qədər azalıb
ABŞ-ın şimal-şərqində 500 min ev işıqsız qalıb

Bakı. Trend:

ABŞ-ın bir neçə şərq ştatlarında və Puerto-Riko adasında pis hava şəraiti üzündən işıqsız qalanların sayı sutka ərzində təxminən bir milyondan 500 minə qədər azalıb.

Trend-in məlumatına görə, hazırda Massaçusets ştatında təxminən 162 min, Puerto-Riko adasında - 139 min, Nyu Cersidə - 114 min, Konnektikutda - 55 min və Nyu-Yorkda 38 min ev işıqsız qalır.

Statistika göstərir ki, ən yavaş enerji təchizatının bərpası üzrə işlər Puerto-Riko adasında gedir. Əgər qitədə sutka ərzində evlərin təxminən yarısına elektrik enerjisinin verilməsi bərpa edilibsə, Puerto Rİkoda bu müddət ərzində yalnız 13 faiz zərər çəkmiş evlərə elektrik enerjisinin verilməsi bərpa edilib.

Xəbər lenti

Xəbər lenti