...

Şərqi Qutadan "humanitar pauzalar" başlayandan 100 mindən çox adam çıxıb

Dünya xəbərləri Materials 24 Mart 2018 04:16 (UTC +04:00)
Şərqi Qutadan "humanitar pauzalar" başlayandan 100 mindən çox adam çıxıb
Şərqi Qutadan "humanitar pauzalar" başlayandan 100 mindən çox adam çıxıb

Bakı. Trend:

Şərqi Qutadan "humanitar pauzalar" başlayandan 100 mindən çox adam çıxıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəisi general-mayor Yuriy Yevtuşenko deyib.

Y.Yevtuşenko bildirib: "Cəmi "humanitar pauzalar" başlayandan Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin köməyi ilə Şərqi Qutadan 103606 adam çıxıb".

Onun sözlərinə görə, Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin əsas istiqamətlərindən biri humanitar vəziyyətin yaxşılaşdırılması üzrə şəraitin yaradılması, əhaliyə tibbi yardımın göstərilməsi və Suriya vətəndaşlarının əsas ehtiyaclarını ödəməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti