...

Rusiyada daha bir ticarət mərkəzi təxliyə olundu - Yenə yanğın

Dünya xəbərləri Materials 30 Mart 2018 14:09 (UTC +04:00)
Rusiyada daha bir ticarət mərkəzində təxliyə aparılıb.
Rusiyada daha bir ticarət mərkəzi təxliyə olundu - Yenə yanğın

Bakı. Trend:

Rusiyada daha bir ticarət mərkəzində təxliyə aparılıb.

Trend-in məlumatına görə, Nijni Novqorod şəhərində "Sedmoye nebo" ticarət mərkəzində yanğın başlaması səbəbilə 750 nəfər təxliyə olunub.

Məlumata görə, təhlükəsizlik siqnallarının işə düşməsindən sonra hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Məlum olub ki, yanğın ticarət mərkəzində yerləşən kafelərdən birində baş verib.

Yanğın dərhal söndürülüb. Xəsarət alan olmayıb.

Xatırladaq ki, martın 25-də Kemerovoda "Zimnyaya vişnya" ticarət mərkəzində baş verən yanğın nəticəsində 64 nəfər həlak olub. Onlardan 41 nəfəri uşaq olub. Yanğından xəsarət çəkənlərin sayı isə 79-a çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti