...

Yerevanda etirazçılar küçələrin total bağlanması aksiyasını bərpa edəcəklər

Dünya xəbərləri Materials 19 Aprel 2018 23:26 (UTC +04:00)
Yerevanda "Mənim addımım" təşəbbüsü küçələrin total bağlanması aksiyasını bərpa edəcəklər.
Yerevanda etirazçılar küçələrin total bağlanması aksiyasını bərpa edəcəklər

Bakı. Trend:

Yerevanda "Mənim addımım" təşəbbüsü küçələrin total bağlanması aksiyasını bərpa edəcəklər.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata əsasən, bunu etiraz aksiyalarının başçısı, deputat Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, sabah həmçinin metro stansiyaları da bağlanılacaq. Paşinyan deyib ki, etiraz aksiyası səhər 08:15-də başlayacaq və Yerevanın bir çox rayonlarını əhatə edəcək.

"Bu dəfə yük avtomobillərinin sürücülərinə müraciət etmək istəyirəm. Sabahki günü yük maşınlarının günü elan edirəm", deyə Paşinyan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti