...

İranda rus dilinin tədrisi təklif olunub

Dünya xəbərləri Materials 20 Aprel 2018 12:31 (UTC +04:00)
İranın təhsil naziri Məhəmməd Bathai ölkə məktəblərində rus dilinin tədris olunmasını təklif edib.
İranda rus dilinin tədrisi təklif olunub

Bakı. Fərhad Danişvər - Trend:

İranın təhsil naziri Məhəmməd Bathai ölkə məktəblərində rus dilinin tədris olunmasını təklif edib.

Trend-in məlumatına görə, nazir bu təkliflə Moskvada Dövlət Dumasının Təhsil Komitəsinin sədri Vyaçeslav Nikonovla görüşü zamanı çıxış edib.

Bundan başqa o, Rusiyada fars dilinin də tədris olunmasını təklif edib. Nazirin fikrincə, bu addım Rusiya və İran arasında əməkdaşlığın möhkəmlənməsinə ikinci dil qismində ingilis dilinin nüfuzunu azaltmağa kömək edəcək.

Xatırladaq ki, bu ilin yanvar ayında İran məktəblərinin ibtidai siniflərində ingilis dilinin tədrisi qadağan edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti