Bakı. Trend:
İŞİD terror quplaşmasının bir hissəsi Suriyanın Əl-Bukemal və Xajin şəhərlərindədir.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın rəsmi nümayəndəsi Ceymi Cerrad bildirib.
C.Cerrard deyib: "İŞİD-in qalan terrorçularından əksəriyyəti Əl-Bukemal şəhərinin şimalında və Xajin şəhərində mühasirə altında qalır".
Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya 2014-cü ildən Suriyada və İraqda İŞİD-ə əməliyyat aparır.