...

“Instagram”ın işində qüsurlar yarandı

Dünya xəbərləri Materials 5 İyun 2018 11:32 (UTC +04:00)
“Instagram” sosial şəbəkəsinin istifadəçiləri texniki qüsurlarla üzləşiblər
“Instagram”ın işində qüsurlar yarandı

Bakı. Trend:

“Instagram” sosial şəbəkəsinin istifadəçiləri texniki qüsurlarla üzləşiblər.

Trend-in məlumatına görə, sosial şəbəkənin işində qüsurlar Avropanın bir sıra ölkələrində, Şimali və Cənubi Amerikada, eləcə də Asiya ölkələrində qeydə alınıb.

Qeyd olunur ki, istifadəçilərin 34 faizi şəxsi hesaba girişlə, 40 faizi xəbərlərin yüklənməsi ilə, 25 faizi isə sosial şəbəkənin saytı ilə bağlı problemlərdən şikayət edib.

“Instagram” bununla bağlı hələlik şərh verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti