Bakı. Trend:
Makedoniya Şimali Makedoniya Respublikası adlandırılacaq.
Trend-in məlumatına görə, bunu Makedoniyanın baş naziri Zoran Zayev xüsusi mətbuat konfransında bildirib.
Z.Zayev deyib: "Hörmətli həmvətənlər, bizim tarixi qərarımız var. Şimali Makedoniya Respublikası adı bütün dillərə tərcümə ilə tam istifadə üçün".
Baş nazir əlavə edib ki, razılaşmanı Yunanıstan və Makedoniya hökumətləri imzalamalıdır və sonra parlamentdə ratifikasiya edilməlidir. O, bildirib ki, ölkə konstitusiyasında süzəliş lazım olacaq və payıza referendum keçiriləcək.