Yerevan meriyasında xüsusi əməliyyat keçirilir

Dünya xəbərləri Materials 13 İyun 2018 13:07 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri Yerevan meriya binasında əməliyyat keçirir.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, xüsusi əməliyyat hazırda davam edir.

Əməliyyatın təfərrüatları barədə yaxın zamanlarda məlumat veriləcək.

Qeyd edək ki, bir müddət əvvəl Yerevan meriyasında korrupsiya halları aşkar olunmuşdu. Yerevan sakinləri etiraz aksiyaları keçirərək mer Taron Marqaryanın istefa verməsini tələb edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti