...

La-Manş tunelində qatarların hərəkəti bərpa olunub

Dünya xəbərləri Materials 24 İyun 2018 16:58 (UTC +04:00)
Fransa və Böyük Britaniya arasındakı La-Manş tunelində Eurostar yüksək sürətli qatarların hərəkəti bərpa olunub.
La-Manş tunelində qatarların hərəkəti bərpa olunub

Bakı. Trend:

Fransa və Böyük Britaniya arasındakı La-Manş tunelində Eurostar yüksək sürətli qatarların hərəkəti bərpa olunub, bu haqda Eurotunnel operator şirkəti xəbər verir.

Əvvəllər bildirilirdi ki, bazar günü elektrik enerjisinin kəsilməsi səbəbindən bir neçə saat ərzində hər iki istiqamətdə trafik dayandırılıb.

"Tuneldə qatarların hərəkəti bərpa edilir. Qatarlar artıq Böyük Britaniyanı tərk ediblər. Yaxın saatlarda isə qatarların hərəkəti Fransadan başlayacaq", - Eurotunnel şirkətinin Twitter səhifəsində belə yazır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti