Bakı. Trend:
Fransada iyunun 28-i ölkə prezidenti Emmanuel Makronun sosial-iqtisadi siyasətinə qarşı bir sıra etiraz aksiyaları keçirilib.
Trend-in "AFP" agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin paytaxtı Parisdə keçirilən aksiyada 15 mindən artıq insan iştirak edib. Lakin polislərin hesablamalarına görə, aksiyada 2,5 mindən artıq insan olmayıb.
Bildirilir ki, etiraz aksiyaları həmçinin digər böyük şəhərlərdədə (Strasburq və Lion) keçirilib.