...

Afina qaranlığa qərq oldu

Dünya xəbərləri Materials 22 Avqust 2018 23:19 (UTC +04:00)
Afinada işıqlar sönüb.
Afina qaranlığa qərq oldu

Bakı. Tural Turan - Trend:

Yunanıstanın paytaxtı Afina şəhərində işıqlar sönüb.

Trend-in məlumatına görə, metronun işində problemlər yaranıb, həmçinin işıqforlar da çalışmır.

Şəhərin elektrik enerjisinin kəsilməsi barədə hələ rəsmi açıqlama verilməyib. Lakin bildirilir ki, iri stansiyaların birində problem baş verib.

Həmçinin qeyd edilir ki, Fövqəladə hallar xidməti liftdə qalan şəxslər barədə onlarla zəng qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti