...

Ərdoğan və Mey ikitərəfli münasibətləri müzakirə ediblər

Dünya xəbərləri Materials 28 Avqust 2018 04:17 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın baş naziri Tereza Mey arasında telefon danışığı olub
Ərdoğan və Mey ikitərəfli münasibətləri müzakirə ediblər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın baş naziri Tereza Mey arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, tərəflər telefon danışığı zamanı Türkiyə və Böyük Britaniya arasında iqtisadi və ticarət əlaqələri, həmçinin qarşılıqlı investisiyaları müzakirə ediblər. Ərdoğan və Mey ikitərəfli iqtisadi və ticarət əlaqələrinin inkişafının böyük əhəmiyyətini vurğulayıblar.

Tərəflər həmçinin Türkiyənin xəzinədarlıq və maliyyə naziri Berat Albayrak və onun britaniyalı həmkarı arasında yaxın zamanda baş tutacaq görüşlə bağlı razılığa gəliblər.

Bundan əlavə, Türkiyə prezidenti və Böyük Britaniyanın baş naziri Suriyadakı, o cümlədən İdlibdəki vəziyyəti də müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti