...

Stoltenberq: NATO Makedoniyanı üzv qəbul etməyə hazırdır

Dünya xəbərləri Materials 6 Sentyabr 2018 17:46 (UTC +04:00)

Bakı. Trend:

"NATO Makedoniyanı alyansın 30-cu üzvü kimi qəbul etməyə hazırdır".

Trend-in məlumatına görə, bunu Makedoniyada səfərdə olan NATO baş katibi Yens Stoltenberq deyib.

Baş katib bildirib ki, bu qərarı Makedoniya xalqı referendum zamanı verməlidir.

Qeyd edək ki, sentyabrın 30-da Makedoniyanın adının Şimali Makedoniya Respublikasına dəyişdirilməsi ilə bağlı referendum keçiriləcək.

Ölkənin adının dəyişəcəyi təqdirdə NATO-ya üzv olması üçün heç bir maneə qalmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti