...

Vyetnam prezidentinin ölüm səbəbi açıqlandı - Dərmanı olmayan virus

Dünya xəbərləri Materials 21 Sentyabr 2018 13:03 (UTC +04:00)
Vyetnam Prezidenti Çan Day Kuanq dərmanı mövcud olmayan virus xəstəliyindən vəfat edib
Vyetnam prezidentinin ölüm səbəbi açıqlandı - Dərmanı olmayan virus

Bakı. Trend:

Vyetnam Prezidenti Çan Day Kuanq dərmanı mövcud olmayan virus xəstəliyindən vəfat edib.

Trend-in məlumatına görə, prezident həmin xəstəliyə 2017-ci ilin iyulunda yoluxub.

Bu müddət ərzində o, həm Vyetnamda müalicə olunub, həm də 6 dəfə Yaponiyaya gedib.

Amma yerli və xarici həkimlərin səylərinə baxmayaraq, virusun qarşısını almaq mümkün olmayıb.

Qeyd edək ki, Vyetnam prezidenti Çan Day Kuanq bu gün səhər saatlarında dünyasını dəyişib.

61 yaşlı Çan Day Kuanq 2016-cı ildən ölkə prezidenti idi.

O, 1976-cı ildə qurulan Vyetnam Sosialist Respublikasının sayca 8-ci dövlət başçısı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti