...

Stoltenberq: Makedoniya NATO-nun üzvü ola bilər, bir şərtlə ki...

Dünya xəbərləri Materials 2 Oktyabr 2018 17:48 (UTC +04:00)
Makedoniya artıq gələn il NATO-nun üzvü ola bilər
Stoltenberq: Makedoniya NATO-nun üzvü ola bilər, bir şərtlə ki...

Bakı. Trend:

Makedoniya artıq gələn il NATO-nun üzvü ola bilər.

Trend-in məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Y.Stoltenberq bildirib ki, bu, Makedoniya ilə Yunanıstan arasında ölkənin adının dəyişdirilməsi ilə bağlı saziş təsdiq edildikdən sonra mümkün ola bilər:

“NATO Makedoniyanı alyansın 30-cü üzvü kimi qarşılamağa hazırdır. Amma bunun yeganə şərti ölkənin adının dəyişməsi ilə bağlı sazişin təsdiq olunmasıdır. Hesab edirəm ki, biz bu prosesi 2019-cu ilin yanvarınadək başa çatdıra bilərik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti