...

Meksikada cinayətkarlar 4 polis əməkdaşını güllələyib

Dünya xəbərləri Materials 5 Oktyabr 2018 07:11 (UTC +04:00)
Meksikanın Quayamas şəhərində (Sonora ştatı) cinayətkarlar polis əməkdaşlarını atəşə tutublar
Meksikada cinayətkarlar 4 polis əməkdaşını güllələyib

Bakı. Trend:

Meksikanın Quayamas şəhərində (Sonora ştatı) cinayətkarlar polis əməkdaşlarını atəşə tutublar.

Trend-in məlumatına görə, cinayətkarlar ilk öncə polis maşınını atəşə tutublar və 3 polis əməkdaşını öldürüblər. Daha sonra hadisə yerindən qaçdıqları zaman onları silahsız yol polisi əməkdaşı saxlamağa cəhd göstərib və cinayətkarlar onuda güllələyib.

Məlumata əsasən, atışma məktəbə yaxın ərazidə və dərs vaxtı qutaran zamanda baş verib. Atışma məktəblilər və onların valideyinlərini təlaşa salıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti