...

Sabiq prezident 15 il müddətinə həbs edilir - Korrupsiya

Dünya xəbərləri Materials 5 Oktyabr 2018 14:16 (UTC +04:00)
Cənubi Koreyanın sabiq prezidenti Li Mön Bak 15 il müddətinə azadlıqdan məhrum edilib
Sabiq prezident 15 il müddətinə həbs edilir - Korrupsiya

Bakı. Trend:

Cənubi Koreyanın sabiq prezidenti Li Mön Bak 15 il müddətinə azadlıqdan məhrum edilib.

Trend-in məlumatına görə, keçmiş prezident korrupsiyada ittiham olunur.

Bundan başqa, Li Mön Bak 11,5 milyon dollar dəyərində cərimə ödəməyə məcbur edilib.

Qeyd olunur ki, sabiq prezident “Samsung” şirkətindən 6 milyon dollara yaxın rüşvət almaqda ittiham olunub. Li Mön Bak həmçinin ehtiyat hissələri istehsal edən şirkətin 22 milyon dollar vəsaitini mənimsəməkdə təqsirli bilinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti