...

Venesuelanın bir qismi işıqsız qalıb

Dünya xəbərləri Materials 16 Oktyabr 2018 08:29 (UTC +04:00)
Venesuelanın bir neçə ştatı elektrik stansiyalarının birində baş verən böyük qəza səbəbindən elektrik enerjisiz qalıb.
Venesuelanın bir qismi işıqsız qalıb

Bakı. Trend:

Venesuelanın bir neçə ştatı elektrik stansiyalarının birində baş verən böyük qəza səbəbindən elektrik enerjisiz qalıb.

Trend-in məlumatına görə, bunu ölkənin elektroenergetika naziri Luis Motta "Instagram" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, "La-Arenosa" elektrik stansiyasında partlayış və onun nəticəsində baş verən yanğın səbəbindən ölkənin cənub-qərbində elektrik enerjisinin təhcizatında problemlər yaranıb: "Avadanlığın dəyişdirilməsi 72 saat çəkə bilər, ancaq elektrik enerjisi 2-3 saat ərzində bərpa olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti