İlk xəbər saat 01:17-də yayımlanıb
Bakı. Trend:
Kerç şəhərində kollecdə baş verən partlayış və atışma nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə "TASS"a şəhər administrasiyasının rəhbərinin müavini Dilavər Melqaziyev bildirib.
Atışma və partlayış nəticəsində azı 50 nəfər xəsarət alıb. Onlardan 10-nun vəziyyəti ağırdır.
Ötən gün Kerç şəhərində kollecdə 18 yaşlı 4-cü kurs tələbəsi Vladislav Roslyakov tələbəri atəşə tutub, daha sonra isə kollecin yeməkxanasında əldəqayırma qurğu partladıb. V.Roslyakovun cəsədi kollecin ikinci mərtəbəsində yerləşən kitabxanada tapılıb. O, insidentdən sonra intihar edib.
Şəhərdə 3 günlük matəm elan edilib.
XXX
01:17
Kerç şəhərində kollecdə partlayış və atışma baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, kollecin tələbələrindən biri digər tələbələrə tüfəngdən atış açıb və daha sonra kellecin yeməkxanasında əldəqayırma qurğunu partladıb.
Atışma və partlayış nəticəsində 15 nəfər hadisə yernidə, 4 nəfər isə daha sonra xəstəxanada həlak olub. İnsident zamanı 50-dən artıq insan xəsarət alıb.
Bildirilir ki, atışma və partlayışı törədən şəxs kollecin 4-cü kurs tələbəsi 18 yaşlı Vladislav Roslyakov olub. Onun cəsədi kollecin ikinci mərtəbəsində yerləşən kitabxanada tapılıb. V.Roslyakov insidentdən sonra intihar edib.
Qeyd edilir ki, şəhərdə 3 günlük matəm elan ediləcək.