...

Dağıstanda məscid yanıb: yanğın artıq söndürülüb

Dünya xəbərləri Materials 28 Oktyabr 2018 01:45 (UTC +04:00)
Dağıstan Respublikasının Çarodin rayonunun Qoçob kəndində məscid yanıb.
Dağıstanda məscid yanıb: yanğın artıq söndürülüb

Bakı. Tural Turan - Trend:

Dağıstan Respublikasının Çarodin rayonunun Qoçob kəndində məscid yanıb. Trend-in məlumatına görə, yanğın artıq söndürülüb. Məlumata görə, yanğın sahəsi 600 kv.m. əhatə edib. Alovun söndürülməsinə 12 nəfər yanğınsöndürən və 3 texnika cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti