...

Hindistanda "Qaca" 11 nəfəri öldürdü, məktəbləri bağladı

Dünya xəbərləri Materials 16 Noyabr 2018 11:04 (UTC +04:00)
Hindistanın tüğyan edən "Qaca" qasırğası Tamilnad ştatında insan tələfatı və fəsadlara yol açıb.
Hindistanda "Qaca" 11 nəfəri öldürdü, məktəbləri bağladı

Bakı. Trend:

Hindistanın tüğyan edən "Qaca" qasırğası Tamilnad ştatında insan tələfatı və fəsadlara yol açıb. Trend-in məlumatına görə, təbii fəlakət nəticəsində 11 nəfər ölüb.

Məlumata görə, 76 mindən çox adam təxliyə edilib, onlar 300 müvəqqəti məntəqədə yerləşdirilib. Evlərə ziyan dəydiyi, ağacların aşdığı bildirilir. Ərazidə xilasedicilər işləyir.

Qeyd edilir ki, güclü küləklə müşayiət olunan leysan yağışları artıq ikinci gündür ki, davam edir.

Ştatın 7 rayonunda qasırğa səbəbindən dərslər dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti