...

Türkiyə suriyalı qaçqınları siyahıya alacaq

Dünya xəbərləri Materials 4 Dekabr 2018 20:38 (UTC +04:00)
Türkiyədə suriyalı qaçqınların siyahıya alınması keçiriləcək
Türkiyə suriyalı qaçqınları siyahıya alacaq

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə suriyalı qaçqınların siyahıya alınması keçiriləcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Nazir bildirib ki, suriyalı qaçqınların Türkiyədə mövcudluğu mürəkkəb məsələdir.

O həmçinin qeyd edib ki, “Zeytun budağı” və “Fərat qalxanı” əməliyyatlarından sonra 285 min qaçqın Suriyaya qayıdıb.

Qeyd edək ki, statistik məlumatlara əsasən, hazırda Türkiyədə 3 milyon suriyalı qaçqın mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti