...

İndoneziyada sunami nəticəsində ölənlərin sayı 431-ə çatıb

Dünya xəbərləri Materials 29 Dekabr 2018 22:16 (UTC +04:00)

Bakı. Trend:

İndoneziyanın Sumatra və Yava adalarında baş vermiş sunami nəticəsində ölənlərin sayı 431 nəfər çatıb.

Trend-in məlumatına görə, bu barədə Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Agentliyin rəsmi nümayəndəsi Sutopo Nuqhoro öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, 7,2 mindən artıq insan xəsarət alıb: "Sunami nəticəsində 46 mindən artıq insan öz evini tərk etmək məcburiyyətində qalıb, 1,5 minyaşaış evi tam dağılıb".

Daha çox insan ölüm halları Yapa adasınında yerləşən Banten əyalətinin Pandeqlanq və Seranq rayonlarında, Sumatra adasında yerləşən Lampunq rayonunda qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti